Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Belçikanın Baş nazir müavini və Xarici işlər naziri Prevot Rusiyanın kölgə donanmasına aid bir gəminin Şimal dənizində dayandırıldığını bildirib.

Prevot vurğulayıb ki, bu “xəyal” gəmilər Avropa sanksiyalarını sistemli şəkildə pozur: “Hər barel Rusiyanın müharibə maşınını maliyyələşdirir. Pozulan hər sanksiya Ukrayna xalqının əzablarını uzadır. Bu qəbuledilməzdir. Rusiya bu müharibəyə son qoymalıdır.”

O qeyd edib ki, əməliyyat G7 ölkələri, həmçinin Skandinaviya və Baltik ölkələri ilə birlikdə həyata keçirilib və xüsusi qüvvələr tapşırığı yüksək peşəkarlıq və cəsarətlə yerinə yetiriblər.

Prevot bildirib ki, BMT-nin Dəniz Hüququ Konvensiyası və Beynəlxalq Dəniz Təşkilatı saxta bayraq altında və ya bayraqsız fəaliyyət göstərən gəmilərə qarşı tədbir görülməsini dəstəkləyir: “Beynəlxalq hüquq bizim tərəfimizdədir və biz ondan sonadək istifadə edəcəyik. Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəsini davam etdirdiyi müddətdə biz də hərəkət etməyə davam edəcəyik. Sanksiyalar yalnız tətbiq olunarsa mənalıdır. Bu gün onları tətbiq etdik.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp