Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Kremlin yaydığı açıqlamaya görə, Suriya Prezidenti Əhməd Şara işgüzar səfər çərçivəsində Rusiyaya gedib.

Danışıqların gündəmində müxtəlif sahələr üzrə ikitərəfli münasibətlərin vəziyyəti və Yaxın Şərqdəki cari durum yer alıb.

Rusiya Prezidenti Vladimir Putin Suriya Prezidenti Əhməd Şaranı yenidən Moskvada görməkdən məmnunluq duyduğunu bildirib.

Son görüşdən bəri vaxtın boşa getmədiyini və dövlətlərarası münasibətlərin bərpası istiqamətində xeyli iş görüldüyünü qeyd edən Putin deyib: “Bundan əlavə, iqtisadi əməkdaşlıqda yaranmış durğunluğu 4 faizdən çox artımla aradan qaldıra bildik. Bu, istədiyimiz qədər iddialı olmaya bilər, lakin yenə də nəzərəçarpacaq irəliləyişdir və biz bu müsbət tendensiyanı mütləq davam etdirməliyik. Münasibətlərimizi bütün sahələrdə inkişaf etdirmək üçün çox iş görürük.”

Putin Rusiya–Suriya münasibətlərinin dərin köklərə malik olduğunu vurğulayaraq əlavə edib:

“İndi yeni reallıqlar şəraitində, qismən və hər şeydən əvvəl sizin səyləriniz sayəsində Suriya ilə Rusiya arasında münasibətlər inkişaf edir. İqtisadi komponent barədə artıq danışmışdım. Burada müzakirə ediləcək çox mövzu var və bugünkü səfərinizdən bu məsələləri müzakirə etmək üçün mütləq istifadə edəcəyik.”

Putin Suriyanın ərazi bütövlüyünün bərpasına yönəlmiş səyləri yaxından izlədiklərini bildirərək deyib: “Bu prosesin qazandığı dinamika münasibətilə sizi təbrik edirəm. Biz Suriyanın ərazi bütövlüyünün bərpasını hər zaman dəstəkləmişik; bunu bilirsiniz və bu istiqamətdə atdığınız bütün addımları dəstəkləyirik.”

Suriya Prezidenti Şara isə deyib: “Suriya ötən il ərzində böyük yol qət etdi və sanksiyalar mərhələsini geridə qoydu. Əlbəttə, ən böyük çətinliklərdən biri Suriyanın birləşməsidir. Keçən ildən bu məsələ üzərində işləyirik. Rusiya, şübhəsiz ki, təkcə orada deyil, regionda da vəziyyətin sabitləşdirilməsində böyük rol oynayır. Əslində, regionumuzun sabitliyə ciddi ehtiyacı var. Buna görə də bu istiqamətdə göstərdiyiniz səylərə görə Sizə çox təşəkkür edirəm, cənab Prezident.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp