Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Rusiya Prezidenti Putin və İran Prezidenti Pezeşkian 12 aprel tarixində telefon danışığı aparıblar.

Danışıq zamanı iki lider Yaxın Şərqdəki cari vəziyyəti geniş şəkildə müzakirə edib. Pezeşkian 11 aprel tarixində İslamabadda keçirilən İran-ABŞ danışıqları ilə bağlı qiymətləndirmələrini Putinlə bölüşüb və Rusiyanın beynəlxalq platformalarda gərginliyin azaldılmasına yönəlmiş “prinsipial mövqeyinə” görə təşəkkür edib. O, həmçinin İran xalqına göstərilən humanitar yardıma görə minnətdarlığını bildirib.

Putin isə Moskvanın Yaxın Şərqdə ədalətli və davamlı sülhün təmin olunması üçün siyasi və diplomatik prosesə töhfə verməyə hazır olduğunu vurğulayıb. Bildirilib ki, Rusiya regiondakı bütün tərəflərlə əlaqələrini davam etdirəcək və vasitəçilik səylərini sürdürəcək.

Danışıq zamanı ikitərəfli münasibətlər də müzakirə olunub və hər iki tərəf Rusiya-İran əlaqələrinin hərtərəfli şəkildə gücləndirilməsinə sadiq olduqlarını təsdiqləyib.

İran Prezidenti Pezeşkian həmçinin Putinə və Rusiyadakı bütün pravoslav xristianlara Pasxa bayramı münasibətilə təbriklərini çatdırıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp