Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev BMT Baş katibinin su məsələləri üzrə xüsusi nümayəndəsi Retno Marsudi ilə görüş keçirib.

Görüşdə qlobal su təhlükəsizliyinin artan əhəmiyyəti vurğulanıb və su ehtiyatlarının azalmasının iqtisadi, ekoloji və sosial böhranlara səbəb ola biləcəyi qeyd edilib.

Qazaxıstan qarşıdan gələn Astana Regional Ekologiya Sammiti ərəfəsində su təhlükəsizliyi məsələsinə xüsusi diqqət yetirildiyini bildirib.

Tərəflər həmçinin BMT çərçivəsində Beynəlxalq Su Təşkilatının yaradılması təşəbbüslərini və qlobal su idarəçiliyi sahəsində regional əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.

Görüşün sonunda BMT-nin Almatı Regional Dayanıqlı İnkişaf Mərkəzi çərçivəsində dialoqun davam etdirilməsi barədə razılıq əldə olunub.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp