Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani Misirin xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdə yaşayan misirlilər üzrə naziri doktor Bədr Əbdülati ilə telefon danışığı aparıb.

Danışıq zamanı iki ölkə arasında əməkdaşlıq münasibətləri və onların inkişaf etdirilməsi yolları nəzərdən keçirilib. Həmçinin regionda baş verən son hadisələr, gərginliyin azaldılmasına yönəlmiş davam edən diplomatik təşəbbüslər və regional təhlükəsizliklə sabitliyin gücləndirilməsi üçün birgə koordinasiya məsələləri müzakirə olunub.

Al Tani dəniz nəqliyyatının sərbəstliyini təmin edəcək və regionda davamlı sülhün bərqərar olmasına imkan yaradacaq hərtərəfli saziş üçün zəmin hazırlamağa yönəlmiş bütün diplomatik səylərə Qətərin dəstəyini bir daha təsdiqləyib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp