Tusk: Demokratik hüquqi dövlət təzyiqlərə boyun əyə bilməz
Varşava, 2 noyabr (Hibya) – Polşanın Baş naziri Donald Tusk məhkəmə böhranı ilə əlaqədar Prezident Karol Navrotskini tənqid edib.
Polşanın Baş naziri Donald Tusk məhkəmə institutları ilə bağlı yaranmış fikir ayrılığının Konstitusiyaya dəyişiklik edilmədən həll oluna biləcəyini bildirərək, Prezident Karol Navrotskini Seym tərəfindən qanuni şəkildə seçilmiş hakimləri tanımağa çağırıb.
Tusk Navrotskinin kompromis əvəzinə məcburi qarşıdurmaya üstünlük verdiyini iddia edərək, bu mövqeyin Polşa üçün ağır nəticələrə səbəb ola biləcəyini bildirib.
Demokratik hüquqi dövlətin təzyiqlərə boyun əyməyəcəyini vurğulayan Tusk Hüquq və Ədalət Partiyasının (PiS), Konfederasiyanın, Qjeqoj Braunun və Navrotskinin mövqelərini tənqid edib. Tusk sözügedən siyasi təşəbbüslərin güclü xarici qüvvələr tərəfindən dəstəkləndiyini iddia edib.
Azərbaycan İnformasiya Agentliyi