Qızılcadan ölüm halları 91 faiz azalıb
Cenevrə, 27 noyabr (Hibya) – Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2025-ci ildə dünya üzrə qızılca xəstəliyindən ölüm hallarının 2000-ci illə müqayisədə 91 faiz azalaraq 72 minə düşdüyünü açıqlayıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2025-ci ildə dünya üzrə qızılca xəstəliyindən ölüm hallarının 2000-ci illə müqayisədə 91 faiz azalaraq 72 minə düşdüyünü açıqlayıb. Lakin 29 milyondan çox uşağın peyvənd olunmaması və ya natamam peyvənd olunması xəstəliyin yenidən yayılma riskini gündəmdə saxlayır.
ÜST-nin məlumatlarına görə, 2025-ci ildə təxminən 10 milyon insan qızılcaya yoluxub və 59 ölkədə irimiqyaslı epidemiya ocaqları qeydə alınıb. Dünya üzrə uşaqların 84 faizi peyvəndin birinci dozasını, 77 faizi isə ikinci dozasını alıb. Aşağı gəlirli ölkələrdə ikinci doza üzrə peyvəndlənmə səviyyəsinin cəmi 57 faiz olması ölkələr arasında peyvəndə əlçatanlıq baxımından bərabərsizliyi üzə çıxarıb. ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesus xəbərdarlıq edib: “Qızılcadan ölüm halları heç vaxt bu qədər aşağı olmayıb. Lakin qızılca arxayınlığı bağışlamır.”
ÜST 2000-ci ildən bəri qızılcaya qarşı peyvəndlərin 60 milyondan çox insanın həyatını xilas etdiyini bildirib. 2025-ci ilin sonuna olan məlumata görə, 95 ölkənin xəstəliyi aradan qaldırdığı və ya bu statusu qoruyub saxladığı təsdiqlənib. Təşkilat epidemiyaların qarşısının alınması üçün hər bir uşağın iki doza peyvəndə çıxışının təmin edilməsinin, peyvəndlənmə səviyyəsinin yüksəldilməsinin və xəstəliklərə nəzarət sistemlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycan İnformasiya Agentliyi