Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

CCTV-nin məlumatına görə, BMT-nin Baş katibi Antonio Quterreş Körfəz bölgəsində gərginliyin artması və hərbi yığınaqlar barədə xəbərlər fonunda bütün tərəfləri maksimum təmkinə çağırıb.

BMT sözçüsü Stefan Dujarrik bildirib ki, Baş katib bölgədəki hərbi möhkəmləndirmələrə dair məlumatlardan dərin narahatlıq keçirir.

Dujarrik açıqlamasında deyib: “Baş katib İranla bağlı bütün narahatlıqların ən yaxşı şəkildə dialoq, diplomatiya və danışıqlar yolu ilə həll edilə biləcəyinə inanır. Bu baxımdan, o, gərginliyin azaldılmasına yönələn bütün səyləri alqışlayır və bütün tərəfləri regional etimadı gücləndirəcək konkret addımlar atmağa çağırır.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp