Quterreş: Planetimiz misli görünməmiş təzyiq altındadır
Nyu-York, 21 dekabr (Hibya) – Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş bildirib ki, temperatur yüksəlir, biomüxtəliflik sürətlə azalır və dünyada demək olar ki, hamı sağlam olmayan hava ilə nəfəs alır.
BMT-nin Baş katibi Quterreş planetimizin misli görünməmiş təzyiq altında olduğunu vurğulayıb.
Temperaturların artdığını, biomüxtəlifliyin sürətlə azaldığını və demək olar ki, hamının çirklənmiş hava ilə nəfəs aldığını qeyd edən Quterreş deyib: «Buna baxmayaraq, ümid var. Bərpa olunan enerjilərin xeyrinə dəyişən istiqamət və yeni nəslin töhfəsi ilə dönüşüm artıq mümkündür.»
Azərbaycan İnformasiya Agentliyi