Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ Dövlət katibi Marko Rubio keçmişdə verilmiş vizaların və yaşayış icazələrinin ləğvi ilə bağlı açıqlama verdi.

“Qışqıran Meri” kimi tanınan Masoumeh Ebtekarın keçmişinə toxunan Rubio dedi: “Ebtekar 1979-cu ildə Tehrandakı ABŞ səfirliyinə hücum edən, 52 amerikalını 444 gün girov saxlayan, onları döyən, ac saxlayan və saxta edamlar həyata keçirən islamçı terrorçuların sözçüsü idi”.

Əvvəlki administrasiyanın viza siyasətini tənqid edən Rubio dedi: “2014-cü ildə Obama administrasiyası onun oğluna və ailəsinə ABŞ-a giriş vizası verdi. 2016-cı ilin iyun ayında isə onlara Müxtəliflik İmmiqrant Viza Proqramı vasitəsilə qanuni daimi yaşayış statusu verildi”.

Yeni qərarı izah edən Rubio bildirdi: “Bu həftə onların qanuni daimi yaşayış statusunu ləğv etdim və bu gün Seyed Eissa Hashemi, Maryam Tahmasebi və oğulları ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) nəzarəti altındadır və deportasiyanı gözləyirlər”.

Rubio sözlərini belə yekunlaşdırdı: “Onların ailəsinə heç vaxt ölkəmizdə yaşamaq imtiyazından istifadə etməyə icazə verilməməli idi. Amerika heç vaxt anti-amerikan terrorçular və ya onların ailələri üçün bir yuva ola bilməz və Tramp administrasiyası dövründə də olmayacaq”.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp