Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ Prezidenti Donald Tramp İranla bağlı hərbi proses və qlobal enerji marşrutlarının təhlükəsizliyi barədə danışıb.

Medianın mövqeyinə reaksiya verən Tramp deyib: “Saxta xəbər mediası onsuz da olmayan etibarlılığını tamamilə itirib. Böyük Tramp Dəlilik Sindromu (TDS) səbəbindən İranın ‘qalib gəldiyini’ deməyi sevirlər, halbuki hamı bilir ki, İran uduzub — həm də böyük uduzub!”

İranın hərbi vəziyyəti ilə bağlı detalları açıqlayan Tramp deyib: “Onların donanması məhv edilib, hava qüvvələri məhv edilib, hava hücumundan müdafiə sistemi yoxdur, radarlar sıradan çıxıb. Raket və dron zavodları böyük ölçüdə məhv edilib və ən əsası, onların ‘lideri’ artıq aramızda deyil, Allaha şükür! Onların əlində qalan yeganə şey bir gəminin mina ilə toqquşa biləcəyi təhlükəsidir; bu arada 28 mina yerləşdirmə qayığının hamısı dənizin dibindədir.”

Hörmüz boğazı və qlobal neft daşımaları ilə bağlı yeni addımı açıqlayan Tramp bildirib:

“İndi Çin, Yaponiya, Cənubi Koreya, Fransa, Almaniya və bir çox digər ölkələr də daxil olmaqla dünya ölkələrinə bir yaxşılıq olaraq Hörmüz boğazının təmizlənməsi prosesinə başlayırıq. İnanılmazdır ki, onlar bunu özləri etmək üçün nə cəsarətə, nə də istəyə malikdirlər.”

Tramp sözlərini belə tamamlayıb: “Lakin çox maraqlıdır ki, bir çox ölkələrdən boş neft tankerləri neft yükləmək üçün ABŞ-a doğru yönəlir.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp