Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

CCTV-nin məlumatına görə, Rusiya Müdafiə Nazirliyi tərəfindən yayımlanan hesabatda son 24 saat ərzində Ukraynaya məxsus elektron müharibə stansiyalarının, əks-batareya radarlarının və sursat anbarlarının hədəfə alındığı qeyd olunub.

Bildirilib ki, Rusiya hava hücumundan müdafiə sistemləri iki Ukrayna raketini və 140 sabit qanadlı pilotsuz uçuş aparatını məhv edib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bazar ertəsi günortadan etibarən Rusiya qüvvələri ilə 89 toqquşmanın qeydə alındığını açıqlayıb.

Vurğulanıb ki, Ukrayna ordusu xüsusilə Rusiyanın hücumlarını gücləndirdiyi Pokrovsk istiqamətində çoxsaylı hücumları uğurla dəf edib.

Rusiya Prezidenti Vladimir Putin hərbi komandirlərlə görüşdə orduya 2026-cı ildə Ukrayna sərhədi boyunca təhlükəsizlik bufer zonasının genişləndirilməsini davam etdirmək və Kupyansk istiqamətində Ukrayna qüvvələrini tamamilə zərərsizləşdirmək tapşırığı verib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp