Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Rusiya Federasiyasının Aİ yanında Daimi Nümayəndəliyi 19 dekabr 2025-ci il tarixli açıqlamasında bildirib ki, “Aİ-yə üzv ölkələrin liderləri Kiyev rejiminə hərtərəfli dəstək siyasətini bir daha təsdiqləyib və Ukraynadakı münaqişəni daha da gərginləşdiriblər”.

Açıqlamada deyilir: “2026–2027-ci illər üçün Ukraynaya 90 milyard avro məbləğində guya ‘hərbi kredit’ verilməsi barədə qərar qəbul edilib. Bu kredit Macarıstan, Slovakiya və Çexiyanın iştirakı olmadan, Aİ ölkələrinin kapital bazarlarında birgə borclanması yolu ilə təmin ediləcək.”

Kreditin qaytarılmasına dair isə qeyd olunub: “Kreditin gələcəkdə ölkəmizdən Ukraynaya ödənilməsi nəzərdə tutulan bəzi ‘təminat’ ödənişləri hesabına qaytarılması planlaşdırılır.”

Açıqlamada həmçinin vurğulanıb: “Avropa İttifaqı bu mərhələdə qanunsuz şəkildə dondurulmuş Rusiya suveren aktivlərinin açıq şəkildə mənimsənilməsindən çəkinib, lakin gələcəkdə bunu etmək imkanını özündə saxlayıb.”

Rusiya tərəfi xəbərdarlıq edib ki, “Rusiya Federasiyasının dövlət aktivlərinin razılıq olmadan istifadəsinə yönələn istənilən cəhd qanunsuzdur və buna adekvat və effektiv cavab veriləcək”. Açıqlamanın sonunda isə deyilir: “Aİ-dən Ukrayna münaqişəsinin uzunmüddətli sülh yolu ilə həllini çətinləşdirə biləcək düşünülməmiş addımlardan çəkinməsini gözləyirik.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp