Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Polşanın Baş naziri Donald Tusk Polşa, Baltikyanı ölkələr, Rumıniya və son olaraq Almaniyada baş verən hadisələrlə birlikdə Rusiyanın bölgədə gərginliyi artırdığını bildirib.

Tusk Rusiyanın bölgədəki mövqeyindən qorxmayacaqlarını bildirərək, cavabın Ukraynaya dəstəyin davam etdirilməsi və NATO ölkələrinin Rusiyaya qarşı tam koordinasiyası olacağını deyib.

NATO ölkələrinin təcavüzkara qarşı birlikdə hərəkət etməsinin vacibliyinə diqqət çəkən Tusk Rusiyanın apardığı müharibədə məqsədlərinə çata bilməyəcəyini bildirərək deyib: “Rusiya bu müharibəni qazana bilməyəcək.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp