Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ŞƏT İran İslam Respublikasında son dövrlərdə baş verən və mülki itkilərə, eləcə də infrastrukturun zədələnməsinə səbəb olan hadisələrdən ciddi narahatlıq keçirdiyini bildirib.

Təşkilat İran xalqına və hökumətinə başsağlığı verərək, birtərəfli sanksiyaların ölkənin iqtisadi sabitliyinə ağır mənfi təsir göstərdiyini, yaşayış şəraitini pisləşdirdiyini və İran rəhbərliyinin sosial-iqtisadi inkişaf addımlarını həyata keçirmək imkanlarını məhdudlaşdırdığını vurğulayıb.

ŞƏT İranın daxili işlərinə hər cür müdaxiləyə qarşı olduğunu bir daha bəyan edərək, suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə hörmət prinsiplərinə sadiqliyini təsdiqləyib.

Eyni zamanda tərəfləri təmkinə çağıraraq, mövcud böhranın siyasi və diplomatik üsullarla sülh yolu ilə həll edilməsinin vacibliyini qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp