Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukraynanın xarici işlər naziri Andriy Sibiha Liviya sahillərində və Benqazi limanında baş verən son hadisələrdən sonra Liviyanın xarici işlər naziri Əl-Tahir Əl-Baur ilə telefon danışığı aparıb.

Sosial media hesabında açıqlama verən Sibiha Ukraynanın Liviyanın suverenliyinə, ərazi bütövlüyünə və ölkənin yenidən birləşdirilməsi istiqamətində göstərilən səylərə tam dəstəyini bir daha təsdiqləyib. Ukraynanın heç bir hərəkətinin Liviyaya və ya Liviya xalqına qarşı yönəlmədiyini həmkarına çatdırdığını bildirən Sibiha deyib: “Hərəkətlərimiz yalnız Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə birbaşa xidmət edən Rusiya hərbi vasitələrinə qarşı yönəlib. Arzuolunmaz nəticələrə görə təəssüfümüzü ifadə etdim və Liviya xalqına başsağlığı verdim. Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni Liviyaya və ya başqa bir ölkəyə yaymaq niyyətimiz yoxdur”.

Ərzaq təhlükəsizliyi və səhiyyə sahələrində əməkdaşlığa da toxunan nazir Sibiha Ukraynanın taxıl və ərzaq tədarükü vasitəsilə Liviyanın ərzaq təhlükəsizliyinə mühüm töhfələr verən etibarlı tərəfdaş olaraq qaldığını bildirib. Sibiha iki ölkə arasındakı tərəfdaşlığı yalnız səhiyyə və ərzaq təhlükəsizliyi sahələrində deyil, həmçinin iqtisadi, ticari və siyasi sahələrdə də genişləndirməkdə qərarlı olduqlarını qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp