Starmer: İsrail Qəzzadakı vəziyyətə son qoymasa, Fələstin dövlətini tanıyacağıq
London, 29 iyul (Hibya) – Böyük Britaniyanın Baş naziri Keir Starmer bəyan edib ki, İsrail Qəzzada "dəhşətli vəziyyətə" son qoymasa, Birləşmiş Krallıq Fələstin dövlətini tanıyacaq.
CNN-in məlumatına görə, Baş nazir Keir Starmer kabinet iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib ki, İsrail "Qəzzadakı dəhşətli vəziyyəti aradan qaldırmaq üçün konkret addımlar atmasa" və atəşkəsə razılaşmasa, Birləşmiş Krallıq sentyabr ayında Fələstin dövlətini tanıyacaq.
Starmer bildirib: “İki dövlətli həll yoluna uyğun sülh prosesinə töhfə vermək məqsədilə Fələstin dövlətini tanıyacağımızı hər zaman demişəm. İsrail hökuməti Qəzzadakı vəziyyəti aradan qaldırmaq, atəşkəsi qəbul etmək və iki dövlətli həll imkanını yenidən gündəmə gətirəcək uzunmüddətli davamlı sülhə sadiq qalmaq üçün konkret addımlar atmazsa, təsdiq edə bilərəm ki, Birləşmiş Krallıq sentyabr ayında BMT Baş Assambleyasında Fələstin dövlətini tanıyacaq.”
Azərbaycan İnformasiya Agentliyi