Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Niderlandın Baş naziri Dik Sxuf İranda baş verən hadisələr və ölkəsinin vətəndaş etirazlarına münasibəti ilə bağlı açıqlama verib.

İrandakı mövcud vəziyyəti tənqid edən Sxuf deyib: «İrandakı rejim bütün etirazları zorakılıqla boğur. Nəticədə bir çox insan həlak olub. İran şəhərlərinin küçələrindəki cəsur qadınlar və kişilər dəstəyimizə layiqdirlər. Onlar zülmə qarşı dayanır və azadlıq çağırışlarını ucadan səsləndirirlər».

Niderland hökumətinin tələblərini ifadə edən Baş nazir Sxuf bildirib: «Niderland İran rejimini zorakılığı dayandırmağa, haqsız yerə saxlanılanları azad etməyə və internetə çıxışı bərpa etməyə çağırır».

Beynəlxalq mövqeni vurğulayan Sxuf açıqlamasını belə tamamlayıb: «İran xalqının hüquqlarını dəstəkləməkdə qətiyyətimizi davam etdirəcəyik».

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp