Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukraynanın xarici işlər naziri Andrii Sybiha ATƏT rəhbərliyinin Kiyevə səfəri çərçivəsində keçirilən görüşlərlə bağlı açıqlama verib.

Görüşün gündəm mövzularına toxunan Sybiha bildirib: “Sülh səylərinin dinamikasını, Əbu-Dabidə keçirilən görüşlərin nəticələrini və gözləntilərini, həmçinin döyüş meydanındakı vəziyyəti müzakirə etdik. Mən ATƏT rəhbərliyini Rusiyanın müharibə cinayətləri, mülki əhaliyə qarşı hücumları və enerji infrastrukturuna endirilən zərbələr barədə məlumatlandırdım; bu hücumlar nəticəsində insanlar şaxtalı soyuqda elektriksiz, istiliksiz və susuz qalıblar.”

Rusiyada saxlanılan ATƏT heyətinə diqqət çəkən Sybiha qeyd edib: “Rusiyada həbsdə olan 3 ATƏT əməkdaşı – Vadym Golda, Maxim Petrov və Dmytro Shabanov-u da xatırlatdım və onların azadlığa buraxılması ilə bağlı çağırışımızı bir daha təkrarladım.”

Müharibədən sonrakı dövrə dair baxışlarını bölüşən Sybiha açıqlamasını belə yekunlaşdırıb: “Biz ATƏT-in müharibədən sonrakı dövr də daxil olmaqla Ukrayna üçün davamlı sülhün təmin edilməsində və ATƏT məkanında sabitliyin yaradılmasındakı rolu, eləcə də Helsinki Yekun Aktının prinsiplərini qorumaqla bağlı ortaq məsuliyyətimiz haqqında danışdıq.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp