Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İtaliyanın Baş nazir müavini və xarici işlər naziri Antonio Tajani Brüsseldə Bolqarıstanın yeni xarici işlər naziri Velislava Petrova-Camova ilə görüşüb.

Görüşün məzmunu barədə məlumat verən Tajani bildirib: “İtaliya ilə Bolqarıstan arasındakı münasibətlər artıq çox möhkəmdir və biz Avropa daxilində rəqabət qabiliyyətimizi və səmərəliliyimizi birlikdə gücləndirmək, həmçinin miqrasiya problemlərinə cavab vermək istəyirik.”

Regional və qlobal məsələlərin də müzakirə olunduğunu qeyd edən Tajani deyib: “Nazir Petrova ilə Hörmüz və Balkanlara genişlənmə məsələlərini müzakirə etdik.”

İqtisadi əməkdaşlıq və bağlantı yolları ilə bağlı hədəflərə toxunan Tajani bildirib: “Şirkətlərimiz üçün ixrac imkanlarını artırmaq məqsədilə 8-ci Dəhliz və IMEC-in bağlantı infrastrukturu üzrə Sofiya hökuməti ilə işləməyə davam etmək istəyirik.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp