Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Tanzaniyanın Hindistandakı ali komissarı Anisa Mbeqa Hind okeanı sahilyanı ölkələri assosiasiyasının (IORA) baş katibi, səfir Sanciv Rancan ilə görüşərək təşkilatla Tanzaniya arasındakı əməkdaşlıq imkanlarını nəzərdən keçirib.

Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən IORA Nazirlər Şurasının 25-ci iclası çərçivəsində baş tutan görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Görüşdə Tanzaniya ilə IORA arasında əməkdaşlığın daha da gücləndirilməsi, ortaq prioritetlərin irəlilədilməsi və Hind okeanı regionunda birgə fəaliyyətin genişləndirilməsi istiqamətində atılacaq addımlar nəzərdən keçirilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp