Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Çərşənbə günü Truth Social-da paylaşım edən Tramp belə deyib: “Razılaşma Cənubi Koreyanın ABŞ-a, Amerikaya məxsus və Amerika tərəfindən idarə olunan, mənim Prezident olaraq seçdiyim investisiyalar üçün 350 milyard dollar ödəməsini nəzərdə tutur.”

Aprel ayında Tramp onlarla ölkəyə təsir edən tarifləri dayandırmazdan əvvəl, Cənubi Koreya mallarına qısa müddətlik 25 faiz “qarşılıqlı” gömrük rüsumu tətbiq olunmuşdu. Tramp 1 avqustu tariflərlə bağlı razılaşma üçün son tarix kimi göstərmişdi.

Lakin yeni 15 faiz rüsum, apreldən bəri Cənubi Koreya və onlarca başqa ölkənin mallarına tətbiq olunan 10 faiz minimum tarifdən hələ də yüksəkdir.

Cənubi Koreya ABŞ-ın yeddinci ən böyük idxal mənbəyidir. Ticarət Nazirliyinin məlumatına görə, ötən il bu ölkədən ABŞ-a 132 milyard dollar dəyərində məhsul göndərilib. Avtomobillər, avtomobil hissələri, yarımkeçiricilər və elektron məhsullar əsas idxal kateqoriyalarındandır.

Eyni zamanda, ABŞ ötən il Cənubi Koreyaya 66 milyard dollar dəyərində məhsul ixrac edib. Neft, qaz və sənaye avadanlıqları əsas ixrac məhsulları olub.

ABŞ və Cənubi Koreya son iyirmi ildə bir sıra azad ticarət razılaşmaları imzalayıb və bu razılaşmaların bir çoxu, o cümlədən Trampın ilk hakimiyyət dövründə yenidən danışıqlara çıxarılıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp