Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ağ Evin mətbuat katibi Karolin Leavitt ABŞ administrasiyasının Yaxın Şərqdəki strateji prioritetləri və müttəfiqlərindən gözləntiləri barədə açıqlama verib.

Prezident Trampın diplomatik təmaslarına toxunan Leavitt deyib: “ABŞ Prezidenti Donald Tramp Avropadakı müttəfiqlərimiz və Körfəz və ərəb dünyasındakı bir çox tərəfdaşımızla danışaraq onları Hörmüz boğazının açılması üçün daha çox səy göstərməyə təşviq edir. Xüsusilə NATO müttəfiqlərimizin bu məsələdə daha çox səy göstərməsi lazımdır.”

ABŞ-ın bölgədəki qoruyucu rolunu vurğulayan Leavitt bildirib: “Amerika Birləşmiş Ştatları yalnız Yaxın Şərqdəki Amerika aktivlərini və bazalarını qorumaqla kifayətlənmir, eyni zamanda İranın nüvə bombası əldə etmə cəhdindən Avropanı və dünyanı qorumaq üçün də öncülük edir.”

Leavitt daxili siyasətdə büdcə və maliyyələşmə müzakirələrinə də toxunaraq deyib: “Prezident Tramp bu mübarizədə ilk gündən Amerika xalqının yanında olub. O, Konqresdəki demokratları dəfələrlə düzgün addım atmağa və lazımi maliyyəni təmin etməyə çağırıb. Bizim istədiyimiz yalnız budur.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp