Tramp federal işçilərlə bağlı yeni qaydanı imzalayıb
Vaşinqton, 3 iyun (Hibya) - Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp federal dövlət qulluqçularının fəaliyyət və məsuliyyət sistemini yenidən tənzimləyən sərəncam imzalayıb.
ABŞ Prezidenti Donald Tramp federal dövlət qulluqçuları ilə bağlı sərəncamı imzalayıb.
Sərəncam federal dövlət qulluqçularının işə qəbulu və işdən azad olunması proseslərində ləyaqət və performans prinsiplərinin gücləndirilməsini, həmçinin dövlət xidmətində səmərəliliyin artırılmasını nəzərdə tutur. Bildirilib ki, yeni qayda dövlət qulluqçularının özəl sektor əməkdaşları kimi daha sürətli qiymətləndirilməsinə və zərurət yarandıqda vəzifədən uzaqlaşdırılmasının asanlaşdırılmasına imkan verəcək.
Qayda ilə bağlı açıqlamada qeyd olunub ki, dövlət qulluqçuları bundan sonra daha sərt performans qiymətləndirmə sisteminə tabe olacaqlar. Açıqlamada deyilir: “Bu qayda federal işçilərə özəl sektor əməkdaşları kimi yanaşılmasını təmin edir. Onlar ləyaqət və etimad əsasında işə qəbul oluna bilərlər, lakin vəzifələrini yerinə yetirmədikləri halda bir il və ya daha uzun sürən prosedurlar əvəzinə çox daha tez işdən azad edilə bilərlər.”
Azərbaycan İnformasiya Agentliyi