Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ Prezidenti Donald Tramp mərhum senator Lindsi Qrehamın xatirəsi və İranla aparılan danışıqlarla bağlı fikirlərini bölüşüb.

Qrehamla münasibətlərinin zamanla necə inkişaf etdiyini izah edən Tramp deyib: "O, möhtəşəm insan idi. Əslində çox böyük siyasətçi idi. Əvvəlcə bir-birimizə qarşı bir qədər sərt idik, amma sonra getdikcə yaxınlaşdıq. Bu, həqiqətən də çox dəyərli bir dostluğa çevrildi və belə dostluq çox nadir hallarda olur. Bir növ ailəmizin üzvünə çevrilmişdi."

İranın nüvə imkanları və aparılan təmaslardan danışan Tramp bildirib: "Onlar heç vaxt nüvə silahına sahib olmayacaqlar. Bunu anlayırlar. Çox yaxşı danışıqlarımız oldu."

Tramp bildirib ki, mərhum senator Qrehamın İranla bağlı mövqeyi son həftələrdə dəyişmişdi: "Lindsi İran məsələsində çox sərt mövqe tuturdu, lakin son bir neçə həftə ərzində belə düşünməyə başlamışdı ki, bu vəziyyətdə razılaşma əldə etmək ölkənin qalan hissəsini məhv etməkdən daha yaxşıdır."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp