Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında paylaşdığı açıqlamada ABŞ iqtisadiyyatının göstəricilərindən və xarici siyasətdəki uğurlardan danışdı.

Məşğulluq və ticarət göstəricilərindəki yaxşılaşmaya diqqət çəkən Tramp dedi: “Dünən təkcə məşğulluq rəqəmləri əla deyildi, 178 min yeni iş yeri yaradıldı, eyni zamanda ticarət kəsiri də 55 faiz azaldı ki, bu da tarixdəki ən böyük enişdir.”

Tətbiq etdiyi gömrük rüsumu siyasətinə toxunan Tramp, “Təşəkkür edirik, cənab tarif” ifadələrini işlətdi.

Prezident Tramp açıqlamasını belə yekunlaşdırdı: “Bütün bunlarla yanaşı, eyni zamanda nüvə İranından da qurtulduq.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp