Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə rəsmi səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan ilə keçirdiyi görüşün məzmunu və əldə olunan razılaşmalar barədə məlumat verib.

Görüşün əhatə dairəsinə toxunan Zelenski deyib: “İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə keçirdiyimiz görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərlə yanaşı, Avropa və Yaxın Şərqdəki vəziyyəti də müzakirə etdik. Birgə və koordinasiyalı addımların insanların həyat təhlükəsizliyini gücləndirməsi və dünyada daha çox təhlükəsizlik təmin etməsi vacibdir.”

Təhlükəsizlik sahəsində texniki əməkdaşlığın dərinləşəcəyini vurğulayan Zelenski əlavə edib: “Təhlükəsizlik əməkdaşlığında yeni addımlar barədə razılığa gəldik. Bu, ilk növbədə Türkiyəyə dəstək ola biləcəyimiz sahələri – ekspertiza, texnologiya və təcrübəni əhatə edir. Birgə işləmək üçün güclü siyasi hazırlıq mövcuddur və komandalarımız yaxın günlərdə detalları dəqiqləşdirəcək.”

Zelenski həmçinin enerji layihələri ilə bağlı konkret addımların müzakirə olunduğunu qeyd edərək bildirib: “Qaz infrastrukturunun inkişafı üzrə birgə layihələrin həyata keçirilməsi üçün praktiki addımları və qaz yataqlarının birgə işlənməsi imkanlarını müzakirə etdik.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp