Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Estoniyanın xarici işlər naziri Margus Tsahkna ölkəsinin Avropa İttifaqı (Aİ) ilə Hindistan arasında müzakirə olunan azad ticarət sazişinin imzalanmasını və danışıqların yekunlaşdırılmasını dəstəklədiyini açıqlayıb.

Sazişin Estoniya şirkətləri üçün xüsusilə sənaye, ağac məhsulları və rəqəmsal xidmətlər sahələrində imkanlar yaradacağını qeyd edən Tsahkna bu prosesin Avropa üçün də strateji seçim olduğunu vurğulayıb.

Ticarətin getdikcə daha çox təzyiq vasitəsi kimi istifadə olunduğuna diqqət çəkən Tsahkna deyib: “Təchizat zəncirlərini şaxələndirməli, asılılıqları azaltmalı və razılaşdırılmış qaydalara əsaslanan ticarəti gücləndirməliyik.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp