Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna Rusiyanın təxribat fəaliyyətləri və Avropanın sərhəd təhlükəsizliyi ilə bağlı fikirlərini açıqlayıb. Almaniya və Polşanın Rusiya mənşəli təxribatların əsas hədəfləri olduğunu bildirən Tsaxkna Baltikyanı ölkələrin öz sərhədlərində və kritik infrastrukturunda davamlı təzyiqlə üzləşdiyini qeyd edib.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) dərc etdiyi hesabata istinad edən Tsaxkna Rusiyanın əməliyyatlarının ən çox hədəfə alınan ölkələrlə məhdudlaşmadığını vurğulayıb. Avropanın təhlükəsizliyinin qarşılıqlı şəkildə əlaqəli olduğunu bildirən Tsaxkna deyib: “Avropanın şərq sərhədində baş verən bir pozuntu daha geniş Şengen zonasına təsir edir”.

Tsaxkna Estoniyanın Rusiya ilə sərhədini bağlamaq qərarının yalnız öz ölkəsini deyil, bütövlükdə Avropanı qorumağa yönəlmiş addım olduğunu bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp