Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna Rusiyanın dənizdəki fəaliyyətləri ilə bağlı açıqlama verib.

Rusiyanın bu üsuldan müharibə büdcəsini qorumaq üçün istifadə etdiyini vurğulayan Tsaxkna deyib: “Rusiyanın gizli donanması qlobal təhlükəsizlik və ətraf mühit üçün təhlükə yaradır. Təhlükəsiz olmayan, saxta bayraq altında üzən gəmilər sanksiyalardan yayınmaq və Rusiyanın amansız müharibəsini maliyyələşdirmək üçün istifadə olunur. Bu gəmilər Baltik dənizindən çox uzaqlarda fəaliyyət göstərir və hər yerdə dayandırılmalıdır.”

Estoniyanın bu məsələdə beynəlxalq əməkdaşlığa hazır olduğunu bildirən Tsaxkna sözlərini belə tamamlayıb: “Estoniya Rusiyanın Ukraynanı boyun əydirməyə yönəlmiş cəhdlərini maliyyələşdirən mənbələrin bağlanması və gizli donanmanın aradan qaldırılması üçün Aİ və NATO-nun qətiyyətli addımlarını dəstəkləyir.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp