Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Strateji Siyasi və Müdafiə Komitəsinin (SPDC) ikinci iclası İslamabadda keçirilib.

İclasda Türkiyənin milli müdafiə naziri Yaşar Güler, xarici işlər naziri Hakan Fidan və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu, Pakistan Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar, müdafiə naziri Xavaca Məhəmməd Asif və Pakistan ordusunun qərargah rəisi feldmarşal Asim Münir, həmçinin Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan, müdafiə naziri Xalid bin Salman və Baş Qərargah rəisi general Fəyyad bin Həmid ər-Rüveyli iştirak ediblər.

Pakistan Xarici İşlər Nazirliyi iclasla bağlı sosial media hesabında etdiyi paylaşımda Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı nümayəndə heyətlərinin birgə çəkilmiş fotosuna yer verib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp