Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski, BMT Baş katibi Antonio Quterreşlə görüşdüyünü bildirib. Zelenski deyib: "Biz Ukrayna uşaqlarının geri qaytarılması üçün Beynəlxalq Koalisiya Sammitini və Ukraynanın Baş Assambleya üçün hazırladığı qətnaməni müzakirə etdik."

O, Rusiyanın oğurladığı bütün ukraynalı uşaqların geri qaytarılması üçün dünyanın dəstəyinə güvəndiklərini vurğulayıb, layihə qətnamənin bu il təqdim ediləcəyini və dəstəyin təmin olunması üçün ölkələrlə işlədiklərini əlavə edib. Zelenski görüşlə bağlı açıqlamasında əlavə edib:

"Ruslar tərəfindən işğal olunmuş Zaporojye Atom Elektrik Stansiyasındakı vəziyyəti də müzakirə etdik. Hazırda indiyədək ən uzun elektrik kəsintisi yaşanır: yeddi gün ərzində işıqsız qalıb və elektrik şəbəkələri artilleriya atəşi ilə dağıdılıb. Dünyanın mümkün nəticələrdən xəbərdar olması vacibdir. Müvafiq reaksiya gözləyirik.

Qəzzadakı vəziyyəti və ABŞ-ın təşəbbüsünü – Prezident Trampın sülhü təmin etmək təşəbbüsünü də müzakirə etdik. Bu, güclü təşəbbüsdür və sülh təkliflərinin işləməsi üçün töhfə verməyə hazırıq. Təşəkkür edirəm!"

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp