Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsindən əldə olunan məlumatlara görə, Kiyev də daxil olmaqla ölkənin 10 bölgəsində hava hücumu həyəcanı elan edilib.

Xəritəyə əsasən, hazırda Kiyev, Jitomir, Çerniqiv, Sumı, Poltava, Xarkiv, Çerkası, Kirovoqrad, Vinnitsya və Xmelnitski bölgələrində hava hücumu sirenləri səslənir.

Ukraynanın Kyiv 24 televiziya kanalı hava hücumu sirenləri səslənərkən Kiyevdə partlayışların baş verdiyini bildirib.

Telekanalın Telegram kanalında yayımlanan mesajda deyilir: “Kiyevdə partlayış səsləri eşidilir”.

Ukrayna mediası “Strana.ua” da Kiyev bölgəsində Brovari şəhəri yaxınlığında partlayış səslərinin eşidildiyini xəbər verib.

Rusiya rəsmilərinin bildirdiyinə görə, Rusiya Silahlı Qüvvələri Ukrayna kəşfiyyat xidmətləri tərəfindən həyata keçirildiyi iddia olunan Krım körpüsünə terror hücumundan iki gün sonra, 10 oktyabr 2022-ci ildə Ukrayna infrastrukturuna zərbələr endirməyə başlayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp