Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Uşakov bildirib: “Təbii ki, amerikalı həmkarlarımızla birlikdə amerikalıların əvvəlcə Moskvaya təqdim etdikləri layihə və sənədlərin məzmununu müzakirə etdik və araşdırdıq. Biz konkret ifadələri və ya ayrı-ayrı Amerika təkliflərini deyil, həmin sənədlərin mahiyyətini müzakirə etdik. Bəzi məsələlərdə razılıq əldə etdik və Prezident bunu qarşı tərəfə təsdiqlədi; digərləri isə tənqidə səbəb oldu və Prezident bəzi təkliflərə qarşı tənqidi, hətta mənfi münasibətimizi gizlətmədi. Amma ən önəmlisi budur ki, çox faydalı görüş keçirdik. Və ən başlıcası, bir daha vurğulayıram ki, tərəflər Ukraynada uzunmüddətli sülh həllinə nail olmaq üçün birgə işləməyə hazır olduqlarını bəyan etdilər.”

Vladimir Putin və Donald Tramp arasında yeni görüşün planlaşdırılıb-planlaşdırılmadığı barədə suala cavab verən Uşakov deyib: “Amerikalılarla — xüsusilə bu gün Kremlə gəlmiş iki nəfərlə — nümayəndələr, köməkçilər və digər rəsmilər səviyyəsində təmasları davam etdirmək barədə razılaşdıq. Prezidentlər səviyyəsində mümkün görüş isə köməkçilərin, Xarici İşlər Nazirliyinin və digər qurumların israrlı və diqqətli işi nəticəsində nə qədər irəliləyiş əldə edə biləcəyimizdən asılı olacaq.”

Uşakov bildirib ki, hələlik razılaşma yoxdur: “Bununla belə, bəzi Amerika təklifləri az-çox qəbuledilən görünür. Amma bunlar müzakirə olunmalıdır. Bizə təqdim olunan bəzi ifadələr qəbuledilən deyil. Ona görə də iş davam edəcək. Bu, həqiqətən də ən vacib məsələlərdən biridir.”

Trampın kürəkəni Kuşnerlə bağlı suala cavab olaraq Uşakov deyib: “Bəli, belə demək mümkünsə, kifayət qədər yeni bir simadır, lakin bildiyiniz kimi, o və Vitkoff Yaxın Şərqdə çox səmərəli işləyiblər və Qəzzadakı uğurlar da bunun bir hissəsidir.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp