Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ÜST bildirib ki, iqlim dəyişikliyi insan sağlamlığı üçün ciddi bir təhlükə yaradır. Qurumun məlumatına görə, müvafiq tədbirlər görüldüyü təqdirdə hər il təxminən 2 milyon insanın həyatı xilas edilə bilər.

ÜST əsas tədbirlər kimi istilik sağlamlığı xəbərdarlıq sistemlərinin yaradılmasını, səhiyyə müəssisələrində təmiz və yaşıl enerjidən istifadəni, su və sanitariya xidmətlərinin qorunmasını, ev təsərrüfatlarında təmiz enerjiyə keçidi və fosil yanacaqlardan asılılığın aradan qaldırılmasını göstərib. Təşkilatın rəsmiləri bu addımların iqlim böhranına qarşı mübarizədə və ictimai sağlamlığın qorunmasında həyati əhəmiyyət daşıdığını vurğulayıblar.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp