Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ÜST Venesuelada iqtisadi böhranın, zəlzələlərin və iqlim böhranının ictimai sağlamlığa təsiri ilə bağlı açıqlama yayıb.

ÜST-nin sosial media hesabında yayımlanan paylaşımda ölkədə dərman və tibbi məhsullara əlçatanlığın yaxşılaşdırılması üçün milli elmi potensialın, yerli istehsal imkanlarının, tənzimləyici çərçivələrin və elmi əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətinə diqqət çəkilib.

Açıqlamada əsas səhiyyə xidmətlərinin yerli icmalara daha yaxın səviyyədə göstərilməsi üçün ilkin səhiyyə xidmətlərinə investisiya qoyuluşunun da mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

ÜST-nin baş direktoru doktor Tedros Adhanom Gebreyesusun Rafael Rangel Milli Gigiyena İnstitutuna və Kompleks Diaqnostika Mərkəzinə səfəri zamanı təşkilatın Venesuelanın mövcud potensialını inkişaf etdirmək, səhiyyə sistemini gücləndirmək və hamının səhiyyə xidmətlərinə əlçatanlığını yaxşılaşdırmaq öhdəliyini bir daha təsdiqlədiyi bildirilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp