Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə Xüsusi Nümayəndəsi Stiv Vitkoff, ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığının komandanı admiral Bred Kuper və Cared Kuşnerlə birlikdə USS Abraham Lincoln aviadaşıyıcısında, ona bağlı zərbə qrupunda və 9-cu Aviadaşıyıcı Hava Qanadında xidmət edən dənizçilər və dəniz piyadaları ilə görüşdü.

Dənizçilərə və dəniz piyadalarına təşəkkür edən Vitkoff canlı uçuş əməliyyatlarını izləyib və gəmiyə qeyri-müəyyən niyyətlə yaxınlaşan İran pilotsuz uçuş aparatını vurmuş pilotla söhbət edib.

Vitkoff hər gün növbə çəkən, ABŞ-ın maraqlarını qoruyan, düşmənləri çəkindirən və dünyaya Amerikanın hazırlığını və qətiyyətini nümayiş etdirən hərbçilərlə birlikdə olmaqdan qürur duyduğunu bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp