Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avropa Komissiyasının sədri Ursula von der Leyen Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına husi hücumunu pisləyib.

Von der Leyen açıqlamasında hücumun təhlükəli eskalasiyaya işarə etdiyini bildirib, həyatını itirənlərin yaxınlarına başsağlığı verib və Səudiyyə Ərəbistanı xalqı ilə həmrəy olduqlarını ifadə edib.

Von der Leyen İranın dəstəklədiyi qrupların hücumlarının bölgəni zorakılıq spiralına sürüklədiyini bildirib və qlobal nəqliyyat və enerji mərkəzlərinin də bu hücumlardan təsirləndiyini qeyd edib.

Mülki şəxslərin hədəfə alınmasını pisləyən von der Leyen hücumların dərhal dayandırılmasına çağırıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp