Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avstraliyanın xarici işlər naziri Vonq qeyd edib ki, Əfqanıstan xalqı Talibanın əsas ehtiyacları qarşılaya bilməməsi səbəbindən daha da ağırlaşan, dünyanın ən uzunmüddətli humanitar böhranlarından birini yaşayır.

Bununla əlaqədar olaraq Vonq bildirib ki, Avstraliya hökuməti BMT-dəki mövcud tərəfdaşları vasitəsilə 50 milyon dollar məbləğində əlavə dəstək göstərəcək və deyib:

“Talibanın xüsusilə qadınlar və qız uşaqlarına qarşı davam edən repressiya kampaniyasını pisləyirik. Avstraliya, Talibanın CEDAW pozuntularına görə beynəlxalq tərəfdaşlarla birlikdə Əfqanıstana qarşı hüquqi prosedurları davam etdirir.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp