Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İranın dini lideri Xamenei qeyd edib ki, bu il Ramazan bayramı ilə Novruz bayramı eyni vaxta təsadüf edir və bu dini və milli bayramlar münasibətilə iranlıları təbrik edib.

Xamenei islam döyüşçülərinin əldə etdiyi uğurları təbrik edib və şəhid ailələrinə başsağlığı verib.

Xamenei bildirib ki, 2025-ci ildə baş verən müharibədə düşmən qısa müddətdə qələbə qazanacağını düşünürdü, lakin xalqın müqaviməti və döyüşçülərin fədakarlığı nəticəsində bu planlar iflasa uğradı. O deyib: “Üçüncü məcburi müharibədə sistemin yüksək səviyyəli şəxsləri və bəzi təsirli hərbi şəxslər hədəf alınaraq xalq arasında qorxu və ümidsizlik yaratmaq istənildi və beləliklə İran üzərində hakimiyyət qurmaq və ölkəni bölmək məqsədi güdüldü. Siz xalq, orucu cihadla birləşdirərək ölkə üzrə geniş müdafiə xətti və çoxsaylı güclü mövqelər yaratdınız və düşmənə gözlənilməz zərbə vurduğunuz üçün düşmən ziddiyyətli və mənasız açıqlamalar verməyə başladı.”

Xamenei 2026-cı ilin şüarını “Milli birlik və təhlükəsizlik kölgəsində müqavimət iqtisadiyyatı” elan edib.

Xamenei vurğulayıb ki, Türkiyə və Oman ərazilərində baş verən hücumlar İran tərəfindən həyata keçirilməyib və deyib: “Bu, sionist düşmənin qonşular arasında parçalanma yaratmaq üçün istifadə etdiyi saxta bayraq metodudur və digər ölkələrdə də müşahidə oluna bilər.”

Xamenei Əfqanıstan və Pakistanla münasibətlərin inkişaf etdirilməsinə çağıraraq deyib: “Əfqanıstan və Pakistandan xahiş edirəm ki, Allah rizası üçün və müsəlmanlar arasında parçalanmanın qarşısını almaq naminə münasibətlərini inkişaf etdirsinlər və mən bu istiqamətdə öz üzərimə düşəni etməyə hazıram.”

Xamenei İran xalqına yeni il üçün uğur və rifah arzulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp