Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

CCTV-nin məlumatına görə, Yəmənin neftlə zəngin Hadrəmüt vilayətində yerləşən Mukalla limanı Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən hədəfə alınıb.

Yəmənli təhlükəsizlik mənbələri hava zərbəsinin liman ərazisində güclü partlayışlara və yanğına səbəb olduğunu bildirib.

Koalisiya sözçüsü Turki əl-Maliki əməliyyatın “məhdud hərbi fəaliyyət” olduğunu deyib. Bildirilib ki, müdaxilə mülki əhalinin qorunması məqsədilə Yəmənin Prezident Rəhbərlik Şurasının (PLC) tələbi əsasında həyata keçirilib.

Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi son hadisələr və əməliyyat səbəbləri ilə əlaqədar Yəməndəki terrorla mübarizə heyətinin missiyasına son qoymaq qərarı verdiyini açıqlayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp