Yermak: Müharibə güclə başa çatdırılmalıdır
Kiyev, 14 iyul (Hibya) – Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak Rusiyanın başladığı müharibəyə son qoymaq üçün güclü mövqe lazım olduğunu bildirib.
Yermak deyib: “Əgər Putin bu müharibəni başlamasaydı, bu vəziyyət yaranmazdı. Bu müharibə artıq bitməlidir və bu yalnız güc yolu ilə mümkündür.”
“Güclə sülh” modelini dəstəklədiklərini bildirən Yermak qeyd edib ki, ABŞ Prezidentinin qətiyyətli qərarları Ukraynanı həm dəstək, həm də müasir Amerika silahları ilə gücləndirir, Rusiya isə həm iqtisadi sanksiyalar, həm də cəbhədəki itkilərlə zəiflədilir.
Yermak əlavə edib ki, Qərbin müdafiə sənayesi Ukrayna ilə birlikdə uzunmüddətli təhlükəsizliyi təmin edə bilər və bu gün Ukrayna istehsalı olan silahlar döyüş meydanında effektiv şəkildə istifadə olunur.
“Ədalət güclə təmin olunur. Putin uduzacaq, soyqırımı üzərində qurulmuş rejimi də məhv olacaq”, – deyə Yermak qeyd edib və ABŞ generalı Kit Kelloga Ukraynaya göstərdiyi daimi dəstəyə və səmərəli əməkdaşlığa görə təşəkkürünü bildirib.
Azərbaycan İnformasiya Agentliyi