Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Zelenski qeyd edib ki, Ukrayna ABŞ heyətinin Rusiyadakı görüşlərindən sonra verəcəyi siqnalları gözləyəcək və heyətin bu görüşlərdən dərhal sonra onları birbaşa məlumatlandırmağı planlaşdırdığını bildirib.

O vurğulayıb ki, atılacaq növbəti addımlar həmin siqnallardan asılı olacaq:

“Mütləq müəyyən bir siqnal alacağıq. Əgər bu siqnallar müəyyən şəkildə formalaşsa və tərəfdaşlarımızla ‘ədalətli bir proses’in aparıldığını göstərsə, ABŞ heyəti ilə çox qısa müddətdə görüşə bilərik. Görüşün hansı səviyyədə keçiriləcəyi alınacaq siqnallara uyğun müəyyənləşəcək. Əgər bu siqnallar qlobal, lakin sürətli qərarlar üçün imkan yaradarsa, görüş daha yüksək səviyyədə keçiriləcək.”

Zelenski əlavə edib: “Mən bütün siqnalları almağa hazıram və Prezident Tramp ilə görüşməyə də hazıram. Hər şey bugünkü təmasların nəticələrindən asılıdır.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp