Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın müdafiə naziri Boris Pistorius ilə Kiyevdə görüşüb.

Almaniyanın dəstəyinə görə təşəkkür edən Zelenski bildirib: “Dövlətimizə verdiyiniz dəstəyə və Rusiyanın tammiqyaslı təcavüzünün başlanğıcından bəri Almaniyanın göstərdiyi bütün yardımlara görə təşəkkür edirik.”

Göstərilən yardımın həcminə toxunan Zelenski deyib: “Bu müddət ərzində 28,6 milyard avrodan çox yardım göstərilib. Bu, müdafiəmizin əhəmiyyətli dərəcədə gücləndirilməsidir.”

Müdafiə sənayesi və texnologiya sahəsində yeni addımlardan danışan Zelenski bildirib: “Birgə müdafiə istehsalının inkişafını müzakirə etdik. Hazırda altı layihəmiz var. Ukraynanın Almaniya ilə PUA Sazişi formatında işləməsi təklifi də masadadır. Ümid edirik ki, bunu həyata keçirə biləcəyik.”

Hava müdafiəsinin əhəmiyyətini xatırladan Zelenski əlavə edib: “Apreldə Ukraynanın hava müdafiəsini gücləndirmək üçün imzalanan razılaşmaları da yüksək qiymətləndiririk. Bu, enerji infrastrukturumuzu qorumaq üçün vacibdir.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp