Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski hücumların miqyası və mülki itkilər barədə açıqlama verib.

Mövcud vəziyyət haqqında danışan Zelenski deyib: “Bu gün Ukraynada çox çətin gündür, həqiqətən çox çətin daha bir gecə yaşanır – Rusiyanın böyük hücumundan sonra. Təkcə bir gecədə təxminən 300 hücum dronu, 19 ballistik və qanadlı raket istifadə olunub.”

İtkilərin olduğu şəhərlərə toxunan Zelenski bildirib: “Bir çox şəhərimizdə hava hücumu siqnalları səsləndi. Onlarla insan yaralandı. Təəssüf ki, Odessa, Kiyev və Dneprdə də itkilər var. Sadə insanlar, uşaqlar, mülki şəxslər Rusiyanın çılğınlığı səbəbindən öldürüldü.”

Zelenski sözlərini belə tamamlayıb: “Mümkündürsə, xahiş edirəm indi onların və bu dəhşətli müharibədə həyatını itirənlərin xatirəsini bir dəqiqəlik sükutla yad edəsiniz.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp