Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski Macarıstanın baş naziri ilə keçirdiyi görüşdən sonra iki ölkə arasındakı münasibətlərdə bir növ “yenilənmə” baş verdiyini bildirərək, Macarıstanın Rusiya tərəfindən qaçırılmış ukraynalı uşaqların evlərinə qaytarılması istiqamətində fəaliyyət göstərən qlobal koalisiyaya qoşulduğunu açıqlayıb.

Sosial media hesabında açıqlama verən Zelenski Macarıstanın Rusiyanın müharibəsini və cinayətlərini pislədiyini bildirib. Rusiya əsarətində olan ukraynalıların geri qaytarılması istiqamətində səylərin davam etdiyini qeyd edən Zelenski deyib: “İnsanlarımızı Rusiya əsarətindən evlərinə qaytarmaq üçün çalışırıq. Hazırda yeni və genişmiqyaslı olacağına ümid etdiyimiz əsir mübadiləsi hazırlanır. Eyni zamanda, ukraynalı uşaqları Rusiyadan geri qaytarmaq üçün çalışırıq və bu istiqamətdə yeni addımlar hazırlanır”.

Humanitar koalisiyada iştirak edən ölkələrin sayının 54-ə çatdığını bildirən Zelenski bu tərəfdaşlığın Rusiyanın törətdiyi cinayətlərin unudulmaması, məsul şəxslərin cavabdehliyə cəlb edilməsi və uşaqların öz ölkələrində yaşaya bilmələri baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp