Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Zelenski hücumun ölkənin bir çox bölgələrini hədəf aldığını bildirib və beynəlxalq ictimaiyyəti təcili və qətiyyətli addımlar atmağa çağırıb.

O, Volın, Lvov, Ternopil, Kiyev, Sumı, Poltava, Xmelnitski, Çerkası və Çerniqov bölgələrinin hücuma məruz qaldığını, raket və pilotsuz uçuş aparatlarının (PUA) birbaşa olaraq mülki əhalini hədəf aldığını bildirib. Zelenski Ukrayna hava hücumundan müdafiə sistemlərinin bəzi təhlükələri zərərsizləşdirdiyini qeyd edib, lakin “təəssüf ki, bütün raket və PUA-lar dayandırıla bilmədi.” deyib.

Zelenski hücumda 400-dən çox PUA və 40-dan çox raketin istifadə edildiyini, 49 nəfərin yaralandığını və 3 nəfərin həyatını itirdiyini bildirib. Həlak olanların Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin əməkdaşları olduğunu deyən Zelenski onların ailələrinə başsağlığı verib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp