Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerlə görüş keçirdiyini bildirib.

Sosial media hesabında açıqlama verən Zelenski görüş zamanı iki ölkənin nümayəndə heyətlərinin Floridada keçirdiyi toplantının nəticələrini qiymətləndirdiklərini qeyd edib. Nümayəndə heyətləri arasında əlaqələrin müntəzəm davam etdiyini bildirən Zelenski diplomatik prosesdə atılacaq növbəti addımlar üzərində işlədiklərini ifadə edib.

Rusiyanın hücumlarının davam etdiyini bildirən Zelenski beynəlxalq tərəfdaşları cəbhədəki vəziyyət və hava hücumundan müdafiə ehtiyacları barədə məlumatlandırdıqlarını qeyd edib. Bu məsələlərdə ABŞ-nin mövqeyinin həlledici olduğunu vurğulayan Zelenski ölkəsinin konkret nəticələr əldə etmək məqsədilə konstruktiv və dürüst şəkildə işləməyə hazır olduğunu bildirib.

Zelenski sülhün güc və etimada əsaslanan əməkdaşlıq sayəsində əldə oluna biləcəyini bildirərək Ukraynaya dəstək verən və bu yanaşmanı bölüşən amerikalılara təşəkkür edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp