Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Departamentin açıqlamasında 75 ölkədən gələn miqrantlar üçün miqrant vizası prosedurlarının müvəqqəti dayandırılacağı bildirildi.

Qeyd edilib ki, bu qərar ABŞ yeni miqrantların Amerika xalqının resurslarını «sui-istifadə» etməyəcəyinə əmin olana qədər qüvvədə qalacaq. «Tətbiq Somali, Haiti, İran və Eritreya da daxil olmaqla, miqrantlarının ABŞ-a gəlişindən sonra tez-tez ictimai yükə çevrildiyi müəyyən edilən bir çox ölkəni əhatə edir», — deyə bildirilib.

Açıqlamada Tramp administrasiyasının hər zaman ‘Öncə Amerika’ prinsipinə sadiq qalacağı vurğulanaraq əlavə olunub: «Amerika xalqının səxavətinin artıq istismar edilməməsini təmin etmək üçün zəruri tədbirlər görülür».

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp