ABŞ-də təhlükəsizlik səbəbindən ölkə üzrə uçuşlar dayandırılıb
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) fövqəladə şərait və təhlükəsizlik səbəbləri ilə əlaqədar ölkə üzrə uçuşların növbəti bildirişədək dayandırıldığını açıqlayıb. Beynəlxalq uçuşların isə ayrı-ayrılıqda qiymətləndiriləcəyi bildirilib.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) 13 noyabr, cümə günü fövqəladə şərait və təhlükəsizlik səbəbləri ilə əlaqədar ölkə üzrə hava limanlarında təyyarələrin havaya qalxmasının növbəti bildirişədək dayandırılması barədə göstəriş verib.
FAA-nın açıqlamasında bütün hava gəmisi operatorlarının təyyarələrin havaya qalxmasını dayandırmalı olduğu, artıq havada olan uçuşların isə bu qərara şamil edilmədiyi qeyd olunub. Beynəlxalq reyslərin ölkəyə daxil olması hər bir hal üzrə ayrıca qiymətləndiriləcək.
Qərarın səbəbləri ilə bağlı ətraflı məlumat verilməyib.
Azərbaycan İnformasiya Agentliyi